spot_img
spot_img
Əsas səhifəDigər“Planlaşdırdığımızdan daha yaxşı yerdəyik” – Vüqar Əsgərli

“Planlaşdırdığımızdan daha yaxşı yerdəyik” – Vüqar Əsgərli

Dərc tarixi:

“Qarabağ”a qarşı oynamaq xüsusidir. Çünki ölkəmizin ən yaxşı komandalarından biridir”.

“Şamaxı TV” xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Azersun Arena”da “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, rəqibin topla daha çox oynayacağı gözlənilən idi: “Ani diqqətsizlik qolla nəticələndi. Futbolçular əzmkarlıq göstərdilər. Gələcəyə ümidlə baxa bilərik. Çünki daha yaxşı oynamağımız mümkündür”.

Baş məşqçi son dəqiqələrdə qol vurmağın sevindirici olduğunu söyləyib: “Deməli, “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə mübarizə aparmaq gücümüz var. Oyunçulardan razı qaldıq. Fərdi saəhvlər oldu. Layiqli mübarizə apardıq”.

O, cari mövsümdəki əsas məqsədlərini də açıqlayıb: “Bacardığımız qədər xallar toplayıb aşağıdakı rəqiblərdən uzaqlaşmaq istəyirik. Hələ neçənci olacağımızı deyə bilmərik. Hədəfimiz Premyer Liqanı tərk etməməkdir”.

Əsgərli “Şamaxı”nın gözləniləndən daha yaxşı pillədə olduğunu vurğulayıb: “Çox tez inkişaf etmişik. Üzərimizdə təzyiq yoxdur”.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər