Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 27-si saat 10:00-a olan məlumat açıqlanıb.
“Şamaxı TV” Müdafiə Nazirliyinə (MN) istinadən son siyahını təqdim edir:
1. Atıcı silah və qumbaraatanlar – 1105;
2. Artilleriya silahları – 60;
3. HHM vasitələri – 226;
4. Döyüş sursatları – 425375;
5. Təchizat və ləvazimatlar – 2721;
6. Optik və digər cihazlar – 223;
7. Zirehli texnika – 22;
8. Avtomobil texnikası – 125;
9. Qoşqu – 21.