spot_img
spot_img
Əsas səhifəDigərŞəhid Nicat Tarıverdiyevin 25 yaşı tamam olur

Şəhid Nicat Tarıverdiyevin 25 yaşı tamam olur

Dərc tarixi:

Vətən müharibəsinin şəhidi Nicat Tarıverdiyevin bu gün doğum günüdür.

Tarıverdiyev Nicat 17 noyabr 1998-ci il tarixində Bakı şəhərində anadan olub.132–134 saylı Təhsil Kompleksində tam orta təhsilini alıb. Kooperasiya Universitetində ali təhsilini tamamlayıb. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub.

Tarıverdiyev Nicat ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Tarıverdiyev Nicat 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütüylüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan qəsəbəsi, Ağdam və Ağdərə rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Tarıverdiyev Nicat Şöhrət oğlu 44 gün döyüş əməliyyatlarında iştirak edərək, qələbəyə saylı dəqiqələr qalmış 9 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Tarıverdiyev Nicat Şöhrət oğlu 16 noyabr 2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər