spot_img
spot_img
Əsas səhifəDigərNazirə yeni müşavirlər təyin edildi

Nazirə yeni müşavirlər təyin edildi

Dərc tarixi:

Mədəniyyət Nazirliyində yeni müşavir təyinatları olub.

“Şamaxı TV”nin əldə etdiyi məlumata görə, Milli Konservatoriyanın beynəlxalq əlaqələr departamentinin rəhbəri, musiqişünas, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və Əməkdar artist Oleq Əmirbəyov mədəniyyət nazirinin müşavirləri təyin edilib.  

Cahangir Səlimxanov Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə təhsil alıb. Bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq təşkilatlarla əməkdalıq sektorunun müdiri, 2013-cü ildən Milli Konservatoriyada beynəlxalq əlaqələr departamentinin müdiri  vəzifələrində çalışıb. 2018-ci ildən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Azərbaycanda Milli eksperti təyin olunub.    

Mədəniyyət nazirinə təyin olunan digər müşavir Oleq Əmirbəyov isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisasını bitirib. Teatr və kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın Əməkdar artistidir. 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərib.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər