“Şamaxı TV” xəbər verir ki, muzeyə çevrilən “Şamaxı evi” XVIII əsrdə tikilib və Şirvan memarlıq məktəbinin orginal nümunələrindən biridir.
Azərbaycanın Şamaxı şəhərindən köç edərək Türkiyənin Bursa (Yenişehir) şəhərində məskunlaşan Şamaxı ailəsi tərəfindən tikilib, evi bəzəyən əl işləri XIXəsrə aiddir. Zamanla köhnəlmiş bu tarixi, ənənəvi bina 1991-ci ildə Şamaxı ailəsinin istifadə etdiyi kimi muzey formasına gətirilib.
Zirzəmisi olmayan iki mərtəbəli evin yuxarı mərtəbəsindəki böyük otağın divarları suvaq və gəclə suvanıb, qapıları isə Qız Qülləsi (İstanbul) və Sarayburnu rəsmləri ilə bəzədilib. Üst mərtəbə taxtadır.
Bazar ertəsi istisna olmaqla, ev muzeyi hər gün ziyarətçilərin üzünə açıqdır.