spot_img
spot_img
Əsas səhifəDigərMurad Musayev: “Evdə də xanımım və uşaqlarla danışmağımı da müzakirə edək?”

Murad Musayev: “Evdə də xanımım və uşaqlarla danışmağımı da müzakirə edək?”

Dərc tarixi:

“Birinci hissədə əla, Avropa futbolu nümayiş etdirdik. Hücumlarımız çox oldu, əla qol vurduq. Yaxşı pressinq edirdik, eləcə də müdafiə olunurduq. Təəssüf ki, ikinci hissədə bunun davamını gətirə bilmədik. Fasilədən sonra meydanda bərabər oyun getdi. Düzdür, rəqibin qol epizodu yox idi, üstünlük yenə də bizdə idi. Çox şadam ki, vacib qələbə qazandıq”.

“Şamaxı TV” xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 32-ci turunda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

Rusiyalı mütəxəssis komandasının 2-ci hissədə zəif təsir bağışlamasının səbəbini bilmədiyini söyləyib: “Bunun nə ilə əlaqədar olduğunu bilmirəm. Yəqin ki, emosiyasız şəkildə oyunu təhlil etdikdən sonra bu suala daha dəqiq cavab vermək olar. Bəlkə də futbolçular rahatlaşdılar, artıq matçın taleyinin həll olunduğunu düşündülər. Rəqib son vaxtlar çox yaxşı oynayır, inkişaf edir. Bunları da nəzərə almaq lazımdır”.

“Sabah”ın çalışdırıcısı növbəti dəfə hakimlərlə problem yaşaması, aqressiv olması barədə sualı da aqressiv cavablandırıb: “Həmin anda yanımda idiniz? Baxın, görün hakimlər nə edir. Azərbaycanda hakimliklə bağlı böyük problem var. Heç kim bundan danışmır. Bizi sadəcə “öldürdülər”. Hakim 90 dəqiqə ərzində bütün cərimələri bizim əlehimizə verdi. Siz sadəcə mənim qırmızı vərəqəmi görürsüz. Narazılıq bildirən kimi, dərhal vərəqə göstərirlər. Heç olmasa, hakimin fitlə nə etdiyinə baxın. Çempionatda hakimin “Sabah”ın xeyrinə olan bir səhvini mənə deyin. Birini də deyə bilməzsiniz. Daim anlaşılmaz qərarlar verirlər, anlaşılmaz şeylər baş verir. Amma daim hamı qırmızı vərəqəni müzakirə edir”.

Musayev futbolçularına qarşı aqressiv olması ilə bağlı sualında cavabında deyib: “Mənim oyunçularımdır da, nə problem var ki burada? Necə lazımdırsa, onlarla danışa bilərəm. Evdə də xanımım və uşaqlarla da sərt danışa bilərəm. Onu da müzakirə edək?”

O, növbəti dəfə çempionluq barədə düşünmədiklərini bildrib: “Qarabağ”la xal fərq azalsa da, çempionluq hədəfimiz yoxdur. Məqsəd avrokuboklara düşməkdir. “Qarabağ”ın uğursuzluqları hansıdır? 50 oyundan birində uduzurlar. Məğlubiyyətsizlik var. 4 oyunumuz qalıb, onları udmaq istəyirik. “Qarabağ” fantastik şəkildə xallar toplayır. Bizim hədəfimiz avrokuboklara düşməkdir. 2-ci yeri tutmaq istəyirik. Birinci yeri tutmaq bizdən asılı deyil. “Qarabağ”la 7 xallıq fərqimiz var”.

Musayev ölkə kubokunun finalında “Neftçi” və “Qəbələ”nin olmasına belə münasibət bildirib: “Sabah”ın finalda olacağını gözləyirdim. Amma alınmadı”.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...