Cəlil Məmmədquluzadə küçəsində – Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan Bənövşəyi xəttin 4-cü yeraltı, ümumən 5-ci stansiyasında daha bir mərhələ üzrə inşaat işləri tamamlanıb.
“Şamaxı TV” “Bakı Metropoliteni QSC”-nin mətbuat xidmətinə istinadən məlumat verir ki, “B-04” stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir. Konseptual inkişaf sxeminə görə gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybət qəsəbəsini birləşdirəcək Sarı xəttin şərti adı “S-06” stansiyasına keçmək buradan mümkün olacaq.
Rəsmi məlumata görə, hazırda inşaat işləri platforma səviyyəsində gedir.
Hazırda tikintisi davam edən stansiyadan fotoları təqdim edirik: