spot_img
spot_img
Əsas səhifəDigərMessi 8-ci dəfə "Qızıl top"u qazandı

Messi 8-ci dəfə “Qızıl top”u qazandı

Dərc tarixi:

“France Football” nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

“Şamaxı TV” xəbər verir ki, mükafatı bu yay PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçən Lionel Messi qazanıb. Nəticədə 36 yaşlı hücumçu karyerasında 8-ci dəfə “Qızıl top”u əldə edib.

Messiyə mükafatı “İnter Mayami”nin sahibi Devid Bekhem təqdim edib.

Lionel ötən il Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib. Həmçinin forvard ötən mövsüm PSJ-nin heyətində Fransa Liqa 1-də 32 oyun keçirib, 16 qol vurub və 16 qolun ötürməsini verib. Bundan əlavə, o, Çempionlar Liqasında 7 matçda 4 qol vurub və 4 qolun ötürməsini edib.

Xatırladaq ki, Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub. Ötən il isə bu mükafatı Kərim Benzema qazanmışdı.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər