spot_img
spot_img
Əsas səhifəDigər“Məni hər kəs sevə bilməz” – Tərlan Əhmədov

“Məni hər kəs sevə bilməz” – Tərlan Əhmədov

Dərc tarixi:

“Bizim üçün çox vacib oyun oldu. Qələbə üçün sevinirik. Ağır durumda vacib 3 xal idi. Üç dəfə irəliyə keçib sonda qalib gələ bildik. Futbolçulara dedim ki, gözəl oyun lazım deyil. İstəmirəm artıq. Oyunçulara təşşəkkür edirəm”.

“Şamaxı TV” xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Şamaxı” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bura gələn gündən söz-söhbətlər var. İstəmirəm qayıdım o söhbətlərə. “Səbail”lə ilk dövrədəki oyundan sonra da məni istefaya səslədilər. Ancaq belə şeylər olur. Mən heç kimin işinə qarışmıram. İlqar Nadiri ilə danışığımız olub. Hədəf liqada qalmaqdır. Bura 5-6 ay  sonra getməyə gəlməmişəm. Mən bundan da pis təzyiqlər görmüşəm. Hər zaman da hörmətlə yanaşmışam. Məni hamı sevə bilməz. “Kəpəz”in ətrafında birləşsinlər. Biz heç bir komandadan zəif deyilik. Futbolçular komandanın adını yaşadırlar. Kiminsə mənlə ədavəti varsa, gəlsin evimə söhbət edək. Şəxsi münasibətləri kənara qoymalıyıq. Maya qədər komandanı Premyer Liqada saxlamağa çalışacam.

Bu qədər təzyiqlə komandanı hazırlamaq çətin olur. Hər zaman oyunçulara iradlar bildirməyə məcbur qalırıq. Ötən turla bugünkü oyunda müdafiədə olan boşluqlar məni də narahat edir. Ətrafda həmişə mənfi və ya müsbət söhbətlər olur. Bundan təsirlənməmək olmur.

Sissenin müalicəsi yekunlaşmaq üzrədir. Artıq komanda ilə məşqlərə başlayıb. “Sabah” görüşündə 15-20 dəqiqə oynaya bilər”.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər