Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirilib.
“Şamaxı TV” xəbər verir ki, Kərkənc kəndi və Mədrəsə qəsəbəsində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayonun təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Qəbullarda Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə, o cümlədən Şamaxıda aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə kənd sakinlərinə məlumat verib.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Şamaxı rayonunun Kərkənc kəndi və Mədrəsə qəsəbəsində səyyar qəbul-görüş keçirilib
Dərc tarixi: