“Şamaxı TV” xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərlərinə start verilib.
Layihə çərçivəsində ilk tədbir Azərbaycan Dövlət Mahnı Teatrı tərəfindən təqdim olunub. Teatrının yaradıcı ansamblı aprelin 22-də Şamaxı Mədəniyyət Mərkəzində estrada konserti ilə çıxış edib.