spot_img
spot_img
Əsas səhifəDigərAyxan Abbasov: “Keçən il avrokuboklarda oynayan komandaya gəlməmişəm”

Ayxan Abbasov: “Keçən il avrokuboklarda oynayan komandaya gəlməmişəm”

Dərc tarixi:

Misli premyer-liqasında 29-cu tur davam edir.

“Şamaxı TV” xəbər verir ki, “Turan Tovuz” “Şamaxı”nı qəbul edib – 1:1. Matçdan sonra qərblilərin çalışdırıcısı Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

-Bu gün matçdan sonra sizin ünvanınıza “istefa” şüarları səsləndirildi. Bu haqda nə deyə bilərsiz?
– Bilmirəm kimlər idi. Yəqin ki, azarkeşlərimizdi. Oyundan narazı ola bilərlər, haqlıdılar. Amma bizim qarşımıza qoyulan məqsəd var idi. Mövsümün əvvəlindən deyirdik ki, səbrli olmalıyıq. Bilmirəm yəqin bizi 3-lükdə görmək istəyirlər. Bir ayın içində komanda qurduq. Bəlkə də kənardan asan görünə bilər. Amma bizim üçün çox çətin oldu. 9 ildən sonra premyer-liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Şükür ki, bu problemi keçmişik. Bu gün son pillələrdə olan 4 komandadan biz bir az rahatıq. Keçən il avrokuboklarda oynayan komandaya gəlməmişəm. Bunu anlamalıyıq. Problem yoxdu. Dar gündə kömək etməyə gəlmişik. 3-4 nəfər ətrafına uşaqları toplayıb “istefa” qışqırdırlar. Mən bunu yaraşdırmıram. Qarşıda kubok oyunları var. Çempionatda yerimizi qorumaq istəyirik. Belə şeylərə görə mənə ağır gəldi. İstəməsələr, gedərəm. Keçmiş komandalarımda heç vaxt problem yaratmamışam. Get desələr, gedəcəm. Mən demişdim ki, premyer-liqada qalacağıq. Bu gün bizdə Konfrans Liqasına getməyi çox asan bir iş kimi görürlər.

– Sizə qarşı klub daxilində hər hansı qərəzin olduğunu düşünmürsüz?
– Klub daxilində deyil. Rəhbərlik burdadı. Məni sakitləşdirdilər, komandaya təsəlli verdilər Bütün gün Tovuzdayıq. Gəlib iradlarını bildirsinlər, nədən narazı olduqlarını desinlər. Düzdü, evdə “Şamaxı”nı udmalıydıq. Amma onların “Qarabağ”la, “Neftçi” ilə matçlarına baxın. Çempionatımız çətindi. “Səbail” dünən “Sabah”ı məğlub etdi. Azarkeş də inkişaf etməlidi. Tez-tez məşqçi dəyişib uğur qazanan komandalar var? Mən görməmişəm. Bir şeyi otuzdurmaq üçün vaxt lazımdı. Oyun üslubumuza uyğun futbolçular gətiririk. Bahalı heyətimiz olanda tələb də başqa olacaq. O zaman mən də belə danışmaram. Deyirik ki, bölgələrdə inkişaf olsun. Amma orda istefa, burda istefa… Bunun axırı necə olacaq?

– Bu gün qələbə üçün oyun planında nə çatmadı?
– Sürətli hücumlara çıxmaq alınmadı. Rəqib top itirəndən sonra kompakt şəkildə müdafiə olunurdu. Belə olan halda individual göstəricilər ön plana çıxmalıdı. Rəqib bizi düzgün analiz edib müdafiə olunurdu. Sırf fərdi tərəflər bizdə önə çıxmadı. Bu gün “Qarabağ”a qarşı hamı müdafiə olunur. Amma onlar heç vaxt bundan gileylənmir. Usta futbolçular rəqibin kompakt müdafiəsini yarırlar. Buna görə də onların qiyməti yüksəkdi.

– Buraxdığınız qol haqda nə deyə bilərsiz?
– Qol çox gözəl alındı. Bilirdik Fuad Bayramovun elə asmaları olur. Sadəcə ona imkan verdik. Elə top idi ki, qapıçı heç nə edə bilməzdi.

– Azarkeşlər tovuzlu futbolçuları oynatmadığınız üçün narazılıq edirlər. Bu haqda fikriniz necədi?
– Bilirəm o fikirləri deyənlər kimdi. Bu gün həmin şəxlslər məktəbliləri tribunaya yığmışdılar. Mənə maraqlıdı ki, hansı tovuzlu futbolçunu kənarda saxlamışam.

– Matçdan sonra azarkeşlər “Şamaxı”nın futbolçuları Elvin Məmmədovla Amil Yunanovu alqışladılar. Buna münasibətiniz necədi?
– Düz edirlər, ikisi də tovuzludu. Biz Amili də, Elvini də istəyirdik. Gənc oyunçular da axtarırıq. Amma bu gün gənclərlə sonuncu pillədə olsaq, heç kim qəbul etməyəcək. Biz istəyirik ki, akademiyamız inkişaf etsin, tovuzlu futbolçular yetişsin. Futbolçunu oynadığı klublarının sayına görə dəyərləndirmək qeyri-peşəkarlıqdı. Afrikalı futbolular tez-tez klub dəyilşməyi xoşlayır. Adamlar Belçikada, İsraildə oynayıblar. “Qarabağ” 26 yaşlı futbolçu gətirir, 6-7 klub dəyişib. Runidən də desinlər də. Görün neçə klub dəyişib? Amma bu gün 12 qol vurub.

– Sizcə, “istefa” qışqıranlar nə istəyirlər?
– Özləri də bilmirlər. Baxımlı oyunla uduzanda narazı olurlar. Bizə bu gün premyer-liqada qalmaq lazımdı. Sabah daha güclü olanda baxımlı oyuna da üstünlük verəcəyik. Mənim insanlara verdiyim söz var. Bir şeyi otuzdurmaq üçün vaxt lazımdı.

– 6 oyundur komanda qələbə qazana bilmir. Bunun səbəbi nədi?
– Oyunlar var ki, üstün olduq, amma qələbə qazana bilmədik. Elə oyun da var idi ki, zəif oynadıq. Evdə “Sumqayıt”a məğlubiyyət bizim üçün üzücü oldu. “Qəbələ” ilə heç-heçə edəndə yaxşı oynamışdıq. Bu gün bizə xal hava-su kimi lazım idi. Ağır qrafikə giririk. Kubok, çempionat matçları var. İki cəbhədə vuruşmaq üçün geniş heyət olmalıdı.

– Qərb derbisində “Kəpəz”ə məğlub olsaz, postunuzu tərk etmək haqda düşünəcəksiz?
– Hələ buradayıq. Belə çətin anda nəyisə fikirləşmək qeyri-peşəkarlıq olar. Klubda qərar verənlər var. Möhkəm olmalıyıq. Mövsüm bitəndən sonra hər şeyi müzakirə edəcəyik. Stadionun yarısı komandanı dəstəkləyir. Onları unutmaq olmaz. Tovuzda təzyiq olmağı normaldı. Sadəcə bu gün belə olmağı xoş deyildi.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...