Prezident İlham Əliyevin Sərəncamı ilə Fərqan Novruzov Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin olunub.
“Şamaxı TV”nin əldə etdiyi məlumata görə, Fərqan Novruzov bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.
O, 2009-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2011-ci ildə Fransanın Strasburq Universitetinin siyasi elmlər ixtisası üzrə, 2012-ci ildə isə həmin universitetin hüquq ixtisası üzrə magistr dərəcəsini alıb. 2017-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankının hüquq departamentinin direktoru olub. Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.