spot_img
spot_img
Əsas səhifəDigərTərlan Əhmədov: Hər oyunu səfərdə keçirmək komandaya təsir edir

Tərlan Əhmədov: Hər oyunu səfərdə keçirmək komandaya təsir edir

Dərc tarixi:

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.

“Şamaxı TV” xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov sualları cavablandırıb:

– Baxımlı futboldan söhbət gedə bilməz. Amma çalışırdıq ki, səfərdə xal qazanaq, qalib gələk. Epizopdlarımız da oldu, qələbə qazana da bilərdik. Mübarizə apardıq. Liderlər də Şamaxıda çətinlik çəkib. Onlar çox hərəkətlidir. Birinci hissədəki qol epizodunu vursaydıq, nəticə fərqli ola bilərdi. Bu gün bir xal qazanmışıqsa, Premyer Liqada qalmaq üçün önəmlidir. Komandamda yorğunluq var. Hər tur səfərə gedirik. Yol yorğunluğu özünü göstərməyə başlayır. Bu da təbii prosesdir. Biz Gəncədə daha aqressiv olurduq. Qəbələdə də “Turan Tovuz”la 1:0-dan sonra hesaba oynadıq. Bu gün də çətinlik çəkdik. Səfərdə oynamaq komandaya təsir edir. Futbolçulara təşəkkür edirəm. Qarşıda oyunlarımız var. “Sumqayıt”la da oyunumuz olacaq. Hər qələbə bizim Premyer Liqada qalmağımıza kömək edir.

– Salif Sisse etimadı doğrulda bilmir. Səbəbi nədir?

– Futbolçu var ki, tez uyğunlaşır. “Sabah”la oyundan sonra Qurban Qurbanov da müsahibə vermişdi ki, yeni gələnlərin tam potensialının açılmaması ona da problem yaradır. Salifin böyük karyerası olub. İndi Gəncədəki vəziyyəti gördü. Evdə oynamamaq, filan.. Hiss edirəm ki, o, şoku qəbul edə bilmir. “Neftçi” ilə matçda açılışmışdı. Yaxşı oyun nümayiş etdirdi. Psixoloji baxımdan özünə qapanması var. Ona görə tam potensialını aça bilmir. Bütün futbolçularıma güvənirəm. Ehtiyatdakı Arzu Atakişiyevə də güvənirəm. Sisse gəlibsə, liderə qarşı yaxşı oynayırsa, demək ki, güvənməli biridir.

– Şuaybunu komandada saxlaya biləcəksiz?

– Özüm qalsam, Şuaybu da qalacaq.

– Maaşlarınızı verdilər?

– Yolda olanda maaşlarımız da köçdü. Artıq problemimiz yoxdur.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...