“Sabah”ın məşqçisi Artur Olenin Premyer Liqanın 24-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
“Şamaxı TV” xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk hissəyə çox pis başladıq. Heç nə istədiyimiz kimi olmadı. Bərbad başlanğıc oldu. İkinci yarıda da müdafiədə yol verdiyimiz kobud səhvlər nəticəsində qollar buraxdıq. Buna görə də, məğlub olduq. Son dövrlər autsayderlə oyunlarda xallar itirməyimizə gəlincə, yəqin ki, rəqibləri düzgün qiymətləndirmirik. Böyük ehtimalla, bizə qarşı oynayan rəqiblər oyuna bizdən daha yaxşı köklənirlər”.