Misli premyer-liqasında 29-cu tur davam edir.
“Şamaxı TV” xəbər verir ki, “Turan Tovuz” “Şamaxı”nı qəbul edib – 1:1. Oyundan sonra qonaqların çalışdırıcısı Vüqar Əsgərlinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
Hər iki komanda 4-5 turdu qələbəyə həsrət idi. Əvvəldən mübarizəli oyun keçəcəyini bilirdik. Bundan sonra bizim üçün bütün matçlar finaldı. Sırf rəqibə görə hazırlaşmışdıq. Evdə necə müdafiə olunduqlarını bilirdik. Futbolçularımız bütün tapşırıqları yerinə yetirdilər. Layiqli 1 xal qazandıq”.
– Tovuza 1 xal üçün gəlmişdiz?
– Bizim üçün ən pis halda 1 xal da dəyərlidi. Amma biz bütün oyunlara qələbə üçün çıxırıq. Düşünürəm ki, heç-heçə ədalətli nəticədi.
– Fuad Bayramovun bu tip qolları çoxdu. Bunun üzərində xüsusi çalışır?
– Bilirsiz də Şamaxıdayıq. Məşqdən başqa işimiz yoxdu. Sırf bunun üzərində də məşq edirik.
– “Səbail”in xal itirməsi sizə psixoloji olaraq təsir etmişdi?
– Biz heç kimə fikir vermirik. Yalnız öz oyunumuzu düşünürük. Onların uğursuzluğuna köklənmirik, nəticələrə fikir vermirik. Fikir verəndə komandada stress yaranır.
– Növbəti tur “Sumqayıt”la qarşılaşacaqsız. Bu görüşdən gözləntiniz nədi?
– Evdə oynayacağıq. Çalışacağıq ki, qələbə qazanaq. Vaxtımız azdı. Biz məşqçilərin işi çətindi. Həm öz oyunumuzu, həm rəqibi təhlil etməliyik. Futbolçularımızla fəxr edirik. Onların üzərinə böyük iş düşür. Sevinirik ki, oyundan-oyuna özlərini daha yaxşı göstərirlər.