spot_img
spot_img
Əsas səhifəDigərTemperatur 6-8° enəcək, qar yağacaq - Xəbərdarlıq

Temperatur 6-8° enəcək, qar yağacaq – Xəbərdarlıq

Dərc tarixi:

Hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Şamaxı TV”yə verilən məlumata görə, oktyabrın 17-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 17-si gündüzdən 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR-sı, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi oktyabrın 17-si və 19-da 15-20 m/s, arabir 23-25 m/s, 17-də bəzi yerlərdə arabir 28-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 6-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay;

Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay;

Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay;

Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay;

Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər