spot_img
spot_img
Əsas səhifəDigərEybalı Şirvanlı Ərdoğana şeir yazdı - "Eşq olsun qəhrəman, can Ərdoğana"

Eybalı Şirvanlı Ərdoğana şeir yazdı – “Eşq olsun qəhrəman, can Ərdoğana”

Dərc tarixi:

Tanınmış şair Eybalı Şirvanlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana şeir həsr edib. “Şamaxı TV” həmin şeiri təqdim edir:

Qardaş Türkiyə Respublikasında Prezident seçkilərinə sayılı saatlar qalır! Bu şeiri sayın Ərdoğan cənablarının seçkilərdə qələbəsinə inamımın ifadəsi kimi yazmışam.

Eşq olsun qəhrəman, can Ərdoğana

Allahını sevən milli vüqardır,
Mürəkkəb dünyada sanbalı vardır,
Sülhün carçısıdır, sülhə açardır,
Eşq olsun qəhrəman, can Ərdoğana!
Alqış söyləyirik onu doğana!

Tanrı vergisidir, cahan dühası,
Söylədiyi sözün odur ağası,
Vardır vətənimə hörmət vəfası,
Eşq olsun qəhrəman, can Ərdoğana!
Alqış söyləyirik onu doğana!

O, Türk dünyasının sönməz çırağı,
Əqli, düşüncəsi daim yarağı,
Ali kürsülərdən gəlir sorağı,
Eşq olsun qəhrəman, can Ərdoğana!
AIqış söyləyirik onu doğana!

Sərkərdə İlhamın dostu, sirdaşı,
Dünya türklərinin o qan qardaşı,
Tarixin silinməz bir məhəng daşı,
Eşq olsun qəhrəman, can Ərdoğana!
Alqış söyləyirik onu doğana!

Bu sözləri lap ürəkdən yazıram,
İgid üçün ölümə də hazıram,
Sözlə düşmənlərə məzar qazıram,
Eşq olsun qəhrəman, can Ərdoğana!
Alqış söyləyirik onu doğana!

İlham-Mehribanla nəfəs alıram,
Cəsur oğullara qurban oluram,
Hörmətlə, fikrimdə yenə qalıram,
Eşq olsun qəhraman, can Ərdoğana!
Alqış söyləyirik onu doğana!

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər