“Neftçi” PFK-yə yeni mətbuat katibi təyin olunub.
“Şamaxı TV” xəbər verir ki, bundan sonra bu vəzifəni Emin Əfəndi icra edəcək.
Qeyd edək ki, E.Əfəndi müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib, futbol verilişlərinin layihə rəhbəri olub. O, hazırda Xalq artisti Miri Yusifin prodüseri kimi çalışır.
Xatırladaq ki, daha əvvəl bu vəzifəni Rüstəm Allahverdiyev tuturdu. O, sentyabrın 26-da kommersiya üzrə direktor təyin olunub.