spot_img
spot_img
Əsas səhifəDigərƏməkdar memara yüksək vəzifə verildi

Əməkdar memara yüksək vəzifə verildi

Dərc tarixi:

Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar memar Səbinə Hacıyeva Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

“Şamaxı TV”nin əldə etdiyi məlumata görə, Səbinə Hacıyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri olub. Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvüdür.

1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib.

JICA-Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Tokio şəhərində təşkil edilmiş “Yaşayış tikintisinin siyasəti” kursunda, Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən təşkil edilmiş RSEP proqramında iştirak edib və Mayami Universitetində stajartırma keçib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Abidələrin bərpası və mühafizəsi” elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar memar” fəxri adı ilə təltif olunub.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər