spot_img
spot_img
Əsas səhifəDigərDünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

Dərc tarixi:

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan birinin kimliyi bəlli olub.

“Şamaxı TV”nin əldə etdiyi məlumata görə, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun bu insidentin sifarişçisi olduğu iddia edilən kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir.

Qeyd edək ki, dünən Bakı Sirkinin qarşısında iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir. Silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.

İddialara görə, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Eminin hazırda Azərbaycanda olmadığı bildirilir. Həyatda olan yeganə qardaşı Elvin Qasımov isə Bakıda yaşayır. Onun kriminal aləmlə bağlılığı olmadığı və restoran biznesi ilə məşğul olduğu deyilir.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfərin saxlanıldığını bildirmiş, lakin onların adları açıqlanmamışdı.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər