Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.
Bu barədə “Şamaxı TV”yə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti ilə operativ təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən hər cür şərait yaradılır.