spot_img
spot_img
Əsas səhifəDigərVüqar Əsgərli: Bu gün "Şamaxı" qələbəyə layiq idi

Vüqar Əsgərli: Bu gün “Şamaxı” qələbəyə layiq idi

Dərc tarixi:

“Şamaxı” Azərbaycan Premyer Liqasının XXXI turunda doğma meydanda “Kəpəz”lə 1:1 hesablı heç-heçə edib.

“Şamaxı TV” xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Şirvan bölgəsi təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

– Ötən dövrənin yüksəlişdə olan komandasına qarşı oynayırdıq. Rəqibin heyətində yaxşı futbolçular var. “Kəpəz”in sürətli, texnikalı oyunçularına qarşı layiqincə mübarizə apardıq. Təəssüf ki, qalib gələ bilmədik. Amma qələbəyə yaxın idik. Futbolçularımıza təşəkkürümüzü bildiririk. Sona qədər mübarizə aparacağıq ki, gənc, istedadlı gənclərimizi Premyer Liqada saxlayaq. Azarkeşlərimiz də oyuna gəlmişdi. Onlara təşəkkür edirəm. Ev oyunlarında bizi tək qoymasınlar, sayları çox olsun. Çünki komandamız Premyer Liqada qalmağa layiqdir.

– Elvin Məmmədov bilərəkdən ikinci yarıda meydana buraxdınız?

– Bəli. Amil və Kamranın da ikinci hissədə meydana buraxılması sırf taktiki gediş idi. Plan baş tutdu. Bu gün “Şamaxı” qələbəyə layiq idi. İki xal itirdiyimizi düşünürəm.

– Evdəki “Sumqayıt” və “Kəpəz”ə qarşı oyunlarda qalib gələ bilmədiz. İşiniz daha da çətinləşdi?

– Bəli, altı xallıq oyunlar idi. Amma bir xal da pis deyil. Planımız baş tuturdu. Sadəcə, epizodlardan yararlana bilmirik.

“Səbail” “Neftçi” ilə oynayacaq. “Ağ-qaralar”ın oyuna ikinci heyətlə çıxacağı gözlənilir. Bu, sizi narahat etmir?

– Xeyr, narahat etmir. Sona qədər mübarizə aparacağıq.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər