spot_img
spot_img
Əsas səhifəDigər“Bravo” fəaliyyətini bərpa etdi

“Bravo” fəaliyyətini bərpa etdi

Dərc tarixi:

Silahlı insidentlə bağlı xidmətini müvəqqəti dayandıran “Bravo” hipermarket fəaliyyətini bərpa edib.

“Şamaxı TV” xəbər verir ki, hipermarket artıq bu gün səhər saat 07:00-dan etibarən fəaliyyətini davam etdirir.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. Hadisə nəticəsində BRAVO müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.

Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən verilən ilkin məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər