“Şamaxı TV” xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin Azadlıq radiosuna müsahibə verib. Müsahibədən diqqət çəkən məqamları təqdim edirik:
- Azərbaycan höküməti Qarabağ erməniləri ilə bağlı sosial-iqtisadi paket açıqlayacaq
- Kimlərin Azərbaycan vətəndaşlığına qəbul ediləcəyi ilə bağlı şərtlər müəyyənləşəcək
- Amnistiya ilə bağlı şərtlər açıqlanacaq, ötən illərdə Azərbaycana qarşı cinayətlərdə iştirakı olan bəzi şəxslər də amnistiyaya daxil olacaq
- Hər üç məsələ bağlı detallar 2-3 ay içində elan ediləcək
- Son əməliyyatlardan sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdən başqa ermənilərin yaşadığı digər ərazilərdə təhlükəsizliyə rus sülhməramlıları nəzarət edəcək.
- 2025-ci ilədək Azərbaycan hərbçiləri və polisləri Xankəndidə olmayacaq
- Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq və tezliklə bununla bağlı açıqlama olacaq
- İnteqrasiya planı hazırlanarkən Xorvatiya modeli əsas götürülüb və ora bəzi elementlər əlavə edilib.