Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti yüksəlib.
“Şamaxı TV” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,67 ABŞ dolları və ya 2% artaraq 85,01 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.