spot_img
spot_img
Əsas səhifəDigərAzərbaycanda ilk müasir məktəbin Şamaxıda açıldığını bilirdinizmi? - Video

Azərbaycanda ilk müasir məktəbin Şamaxıda açıldığını bilirdinizmi? – Video

Dərc tarixi:

1874-cü ildə Şamaxı şəhər ruhani məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadənin təşəbbüsü ilə Şamaxıda “Məclis” məktəbi açılıb.

Birbaşa məclisin qərarı, Hacı Səid və Cəlal Ünsizadə qardaşları tərəfindən əsası qoyulan bu məktəbdə Hacı Səid Əfəndi Ünsizadə türk dili və şəriət fənlərini, E.P.Pirbudaqov rus dili fənnini tədris etmişdir. Məktəbə müəllim kimi işləməyə ilk olaraq Seyid Əzim Şirvanini dəvət ediblər. Bu məktəb bir il yarım fəaliyyət göstərmişdir. 1877-ci ildə Hacı Səid Əfəndi “Ziya” qəzetini nəşr etmək üçün Tiflisə köçərək yerini S.Ə.Şirvaniyə vermişdi. Məktəb 70 şagirdlə S.Ə.Şirvaninin öhdəsində qalır. Məktəb şagirdlərdən toplanan cüzi təhsil haqqı ilə idarə edilirdi. 1881-ci ildə Şamaxı şəhər məkətəbinin pedaqoji şurası təsis edildi.

Bu Şura ümumiyyətlə Şamaxıda mövcud olan məktəblər üçün pedaqoji-metodiki mərkəz idi. Tədrisə, təlim-tərbiyəyə aid bütün məsələlər bu şurada müzakirə edilir, proqram materiallar tərtib olunurdu. Məktəb yalnız taxta materiallardan hazırlandığına görə “Taxta məktəb” adı almışdır. Məktəb həmin dövrdə S.Ə.Şirvaninin səyi ilə fəaliyyət göstərirdi. Məktəbi qoruyub saxlamaq, orada dərs keçmək elə də asan deyildi. Məktəbin ilk şagirdlərindən biri isə görkəmli şair Mirzə Ələkbər Sabir oldu. Bu təhsil ocağı bir sıra elm xadimləri, mütəfəkkirlər yetişdirdi. Məktəbdə S.Ə.Şirvaninin oğlu Mir Cəfər, H.Zərdabi, S.M.Qənizadə, C.Cəbrayılbəyli və s. tanınmış şəxsiyyətlər təhsil alıblar.

1887-ci ildə Quberniya Məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadənin təşəbbüsü ilə ilk Rus-Azərbaycan məktəbi təsis edildi. Həmin məktəbin yaradıcıları Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov idi. Bu, Azərbaycanda böyük hadisə oldu və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirdi. Qısa müddətdə həmin məktəb məşhurlaşdı və 1891-ci ildə dövlət təminatına keçirildi. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayıldı. 1896-cı ildə Həbib bəy Mahmudbəyov S.M.Qənizadə, İ.Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil etdi. 1917-ci il oktyabr çevrilişinədək H. Mahmudbəyov (1864-1928) böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olaraq, Bakı Şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak etmişdir.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...