Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb.
“Şamaxı TV” “TRT Haber”ə istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının yaxınlığındakı Türkevi binasında baş tutub.
Diplomatik mənbələr görüş zamanı Qarabağdakı son hadisələrin müzakirə edildiyini qeyd ediblər.