Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan “Hatayspor”un futbolçusu Kristian Atsu həyatını itirib.
“Şamaxı TV” xəbər verir ki, 12 gündür axtarılan qanalı oyunçunun cəsədi tapılıb.
Bu barədə onun meneceri Murat Uzunmehmet məlumat verib.
O bildirib ki, bu gün Atsunun cansız bədəni dağıntılar altından çıxarılıb.