“Şamaxı TV” xəbər verir ki, Eybalı Ağayevin rəhbərlik etdiyi Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü və təşkilatçılığı ilə Şamaxı Dövlət Regional Kollecində “Ailə dəyərlərinin qorunmasında qadınların rolu” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyubova açmışdır.
Konfransda ictimai şuranın sədr müavini Nəzakət Abdulrazaqova, Şamaxı Cümə məscidinin imamı Mərəhməd Mustafayev, şura üzvləri Fatmaxanım Quliyeva, Güllü Babaşova, şuranın katibi Könül Məmmədova, şəhər 6 saylı məktəbin müəllimi Yaqut Səlimova, Şamaxı rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru İslam Badurayev və kollecin direktoru İlham Vəliyev çıxış etmişlər.
İştirakçılarla geniş müzakirələr təşkil olunmuş və tələbələrin suallarına ətraflı cavablar verilmişdir.