Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
“Şamaxı TV” xəbər verir ki, tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dünyasını dəyişib.
Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Qeyd edək ki, Aftandil İsrafilov 1941-ci il yanvarın 24-də Bakıda anadan olub.
O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
A. İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.
Allah rəhmət eləsin!