“Şamaxı TV” xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” bu gün Qazaxıstanın “Kaysar” komandası ilə yoxlama matçına çıxıb.
Matç qolsuz heç-heçə ilə yekunlaşıb: 0:0.
“Kaysar” Qazaxıstanın 2-ci liqasında çıxış edir və 56 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, komanda bu gün saat 18:30-da Rumıniyanın “Botaşani” kollektivi ilə qarşılaşacaq. “Şamaxı” toplanışın son matçında yanvarın 18-i Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək.