Şamaxıda marketdə istehlaka yararsız qida məhsulları aşkar olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Yusifov Ağasayıl Əliağa oğluna məxsus “Ocaq” marketdə aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Belə ki, mal qonşuluğu pirinsipinə əməl olunmadığı və yararlılıq müddəti bitmiş qida məhsullarının satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.