Bildiyiniz kimi, Bahadur Həziyev “Şamaxı” ilə 2,5 illik müqavilə imzalayıb.
Şamaxı TV xəbər verir ki, yarımmüdafiəçi bununla bağlı klubun rəsmi saytına açıqlama verib:
“Yeni müqavilə imzaladığım üçün klub rəhbərliyi və məşqçilər heyətinə təşəkkür edirəm. Mənim üçün də yeni müqavilə çox xoş oldu. “Şamaxı”da oynadığım üçün çox xoşbəxtəm, azarkeşlərə də təşəkkür edirəm ki, heç vaxt bizi tək qoymurlar. Öz oyunum haqda da deyə bilərəm ki, kifayətlənmək olmaz, öz üzərimdə çalışıb daha da yaxşı formada olmalıyam. “Şamaxı” ailəsinin hər bir üzvünə təşəkkür edirəm”.