Yolsuzluq avtomobillərinin yürüşü baş tutub. Bu haqda bu gün, 16 oktyabr tarixində “Şamaxı TV” Azərbaycan Avtomobil Federasiyasına istinadən xəbər verir.
“Land Rover Defender” markalı avtomobillərin yolsuzluq yürüşü Bakıdan başlayıb. Bakı-Şamaxı-İsmayıllı marşrutu üzrə hərəkət edən nəqliyyat vasitələri Heydər Əliyev Mərkəzindən yola düşüb. Yürüş İsmayıllı rayonunda yekunlaşıb.
Yürüş çərçivəsində Şamaxı rayonu üzrə Vətən müharibəsi şəhidləri və qazilərinin övladlarına velosiped və müxtəlif hədiyyələr təqdim olunub. İsmayıllı rayonunda isə əyləncə proqramı təşkil edilib və hər iştirakçıya təşkilatçılar adından iştirak sertifikatları verilib.