Birinci Liqada çıxış edən “İrəvan”klubunun oyunçuları komandanın məşqinə çıxmaqdan imtina edib. “Şamaxı TV” xəbər verir ki, buna səbəb futbolçuların 3 aydır maaş almamasıdır.
Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular dəfələrlə rəhbərliklə görüşsə də, maaşları ödənilməyib. Bundan başqa onlar idman ləvazimatları ilə də təmin edilməyib. Bundan sonra isə futbolçular məşqi boykot ediblər.
Oyunçular həmçinin rəhbərliyə bildirib ki, maaşlar ödənilməsə, növbəti oyuna da çıxmayacaqlar.