“Təxminən 750 israilli itkin düşüb”.
“Şamaxı TV” xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Nəşr bildirib ki, həmin say 7 oktyabrda Qəzza zolağından hücumlar başlayandan bəri əldə olunan rəqəmlərdir.
Xatırladaq ki, dünən səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.