Mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyədə keçirəcək “Şamaxı”nın yoxlama oyunlarındakı rəqibləri məlum olub.
Şamaxı TV xəbər verir ki, bölgə təmsilçisi yanvarın 11-də iki sınaq matçına çıxacaq. Komanda günün ilk yarısında Qazaxıstan “Kaysar”ı, axşam isə Rumıniya “Botoşani”si ilə qarşılaşacaq. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv növbəti matçını yanvarın 15-də Serbiyanın “Napredak” klubuna qarşı keçirəcək.
“Şamaxı” 2023-cü il yanvarın 3-dən 19-na kimi Türkiyədə məskunlaşacaq.