Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
“Şamaxı TV” xəbər verir ki, o, finalda Qırğızıstan təmsilçisi Akjol Mahmudovla qarşılaşıb. Rəqibinə uduzan Sənan Süleymanov gümüş medal əldə edib.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar.