Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
“Şamaxı TV” xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da 2023/24 mövsümündə qrupda ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Norveçin sonuncu çempionu “Molde” klubunu qəbul edib. Görüş Ağdam təmsilçisinin 1:0 gesablı qələbəsi ilə başa çatıb
Qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edib və 4 cavabsız qolla qalib gəlib.
21 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
H qrupu
20:45 “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) -1:0
Qol: Leandro Andrade, 55
Baş hakim: Con Biton (Şotlandiya)
20:45 “Bayer” (Almaniya) – “Hakken” (İsveç) – 4:0
Qollar: Florian Virtz, 10, Amine Adli, 16, Victor Bonifeys, 66, Jonas Hofmann, 70