“Azərbaycan-Ermənistan sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb”.
“Şamaxı TV” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev deyib ki, Ermənistanın üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi:
“Ermənistan bu öhdəliyi yerinə yetirmir və hər bir vəclə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.