Türkiyədə prezident seçkiləri ikinci tura qalıb.
“Şamaxı TV” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener deyib.
Seçkilərin ikinci turu mayın 28-i baş tutacaq.
Bu saata olan hesablamalara görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.