Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
“Şamaxı TV” Baş Dövlət Yol Polisi İdarəsinə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb.
Məlumata görə, Hadisə “Vaz” dairəsindən Saray qəsəbəsinə gedən yolda baş verib.
Faktla bağlı araşdırma aparılır.