Bakıda atışma olub.
“Şamaxı TV” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Nəsimi rayonu ərazisində 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub: “Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıdakı atışma ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər: “İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”.
Əlavə məlumat veriləcək.