London Escorts sunderland escorts 1v1.lol unblocked yohoho 76 https://www.symbaloo.com/mix/yohoho?lang=EN yohoho https://www.symbaloo.com/mix/agariounblockedpvp https://yohoho-io.app/ https://www.symbaloo.com/mix/agariounblockedschool1?lang=EN
spot_img
spot_img
Əsas səhifəDigərKeçmişdə Novruz bayramı 9 martda qeyd olunub

Keçmişdə Novruz bayramı 9 martda qeyd olunub

Dərc tarixi:

Milli Hökümətin qurulmasına təqəddüm edən illərdə şəkilləşən milli hərəkat və ümumi Türkçülük davasında Novruz və ya Yenigünün özəl bir yeri olmuşdur. Türkçülük və millətçilik yoluna girən Azərbaycanda Novruz bayramı Cəmşid və ya Şiə Səfəvi ənənələrinə deyil, Ərganǝkon əfsanəsinə bağlanır və adına da Qurtuluş Bayram deyilirdi. Əsrlərcə özlərini çevirən dağlar arasında mahsur qalan (mühasirədə qalan) Türklər, bir dəmirçinin mərifəti və Bozqurdun dəlalətiylə əsarətdən qurtularaq geniş dünyaya qovuşmuş və azad olmuşlar. 9 Martda baş verən bu uğurlu hadisə, yeni təqvimlə 21 Marta təsadüf edən bir Yenigündə, bir Novruzda olmuşdur…
İran-Turan ənənələrini özündə birləşdirən Novruz Bayramı Azərbaycandakı özəlliyi ilə həddən ziyadə gerçək bir təbiət, həyat və hürriyyət bayramı olaraq, xalq kütlələrinin adət və ənənələrində yer almaqda və əsil dəyəri də bu nöqtədədir”.

M.Ə.Rəsulzadə, “Novruz Bayramı” məqaləsi. “Azərbaycan” jurnalı, Ankara, yıl:3, sayı:12(24), mart 1954-cü il

M.Ə.Rəsulzadənin məqaləsindən göründüyü kimi Azərbaycanda əvvəllər Novruz bayramını (Ulus günü , Qurtuluş günü) martın 9-da qeyd ediblər.Sonralar Yeni təqvimə keçidlə əlaqədar Novruz bayramı 12 gün sonra – martın 21-də qeyd olunmağa başladı.

Şair Abbas Səhhət “İlk bahar” şeirində yazırdı:

Gəldi martın doqquzu,
Bayram etdik Novruzu.
Qar əridi, yox oldu,
Çaylarda su çox oldu.

Dağlar çöllərə dişərdi,
Novruzgülü göyərdi.
Gecə-gündüz tənləşir,
Hava hərdən çənləşir.

Dağa qalxır dumanlar,
Tez-tez yağır leysanlar.
Yüngül, sərin meh əsir,
Yağmuru birdən kəsir.

Aralanır bulutlar.
Təravətlənir otlar.
Düşür günün ziyası,
Artır yazın səfası.

Göy üzündə bir qəşəng
Ta görünür yeddi rəng.
Gözəl qövsi-qüzehlər,
Qəlbə verir fərəhlər.

Quşlar ötür çöllərdə,
Ördək üzür göllərdə.
Əsir isti küləklər,
Uçur qazlar, ördəklər.

Yarpaqlanır ağaclar,
Yaşıllaşır yamaclar.
Seyrə çıxır uşaqlar,
Göy çəməndə oynaqlar.

Müəllif: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarix Muzeyində Vətən Müharibəsi Fondunun Müdiri Şəfa Mövsümov

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...