Bildiyiniz kimi, 1-ci divizion təmsilçisi “Mingəçevir” “Şamaxı-2” ilə görüş üçün səfərə yollanan zaman qəza törədib.
“Şamaxı TV” Football-plus.az saytına istinatdən xəbər verir ki, PFL hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Qəza ilə bağlı dəqiq informasiya əldə etmək üçün “işıqçılar”ın baş məşqçisi Şahruz Mustafayevlə əlaqə saxladıq:
“İsmayıllı-Şamaxı yolunda qəza törətdik. Futbolçular arasında xəsarət alanlar var. Bəziləri ayağından, çənəsindən, qolundan zədə alıb. İdman direktorumuz Zaur Qarayevin vəziyyəti ağırdı. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Avtobusumuz dönmə edən zaman yük maşını ilə toqquşdu. Şükür Allaha ki, ölən yoxdu”.