Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib.
“Şamaxı TV”nin məlumatına görə, ilahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib.
O, bu gün dəfn ediləcək.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.