“Şamaxı” bu gün Antalya hazırlığı çərçivəsində sonuncu yoxlama matçına çıxıb.
“Şamaxı TV” xəbər verir ki, komanda Serbiyanın “Napredak” klubu ilə üz-üzə gəlib.
Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə baş çatıb.
Qeyd edək ki, “Şamaxı” ilk yoxlama oyununda Qazaxıstan “Kaysar”ı ilə qolsuz heç-heçə edib. Rumıniyanın “Botaşani” klubu ilə görüş isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.