Yanvarın 14-də gənclər və idman naziri Fərid Qayıbov Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib.
“Şamaxı TV” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, qəbuldan əvvəl Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.