spot_img
spot_img
Əsas səhifəDigərBu rayona 25 sm qar yağıb - Faktiki hava

Bu rayona 25 sm qar yağıb – Faktiki hava

Dərc tarixi:

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb.

“Şamaxı TV” xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Qafqazinfo”ya bildirib ki, hava şəraiti yağıntılı olub, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Altıağacda (Xızı r-nu) 25, Lerikdə 24, Qaxda 22, Xaltan, Yardımlıda 20, Qəbələdə 19, İsmayıllıda 16, Qubada 15, Şəkidə 13, Qusar, Şamaxı, Oğuzda 11, Zaqatalada 10, Şabranda 9, Kürdəmir, Biləsuvar, Lənkəranda 8, Qobustan, Astarada 6, Daşkəsən, Göytəpədə 5, Ağdərə, Ağsu, Balakəndə 3, Xaçmaz, Göygöldə 2, Qrız, Şahdağda 1, Bakıda və Abşeron yarımadasında 8-10 sm-dək olub.

Məmmədova bildirib ki, dumanlı hava şəraiti isə Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Yevlax və Lerikdə müşahidə olunub və görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.

G.Məmmədovanın sözlərinə görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2, Aran rayonlarında 2, Naxçıvan MR-da 8-13, dağlıq rayonlarda isə 18-23 dərəcə şaxta olub.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər